Bu il də Davos Dünya İqtisadi Forumunda ölkələrin dövlət və hökumət başçılarının, dünyanın nəhəng şirkətlərinin rəhbərlərinin Prezident İlham Əliyevlə görüşlərində Azərbaycana böyük maraq göstərdiklərinin şahidi olduq. Prezident İlham Əliyev görüşlərdə Azərbaycanın beynəlxalq səhmdarların üzünə açıq olduğunu və biznesin inkişafı üçün ölkəmizdə onlara hər cür şərait yaradıldığını bildirdi. Dünyanın ikinci ən böyük iqtisadiyatına malik Çin dövləti də Azərbaycanla iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir.
Prezident İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına Azərbaycan-Çin iqtisadi əlaqələri, eləcə də Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən ölkəmizin ərazisində böyük nəqliyyat logistika layihələrinin həyata keçirildiyi barədə müsahibə verdi.
Bu gün Azərbaycanla Çin arasında yüksək səviyyəli dostluq əlaqələri mövcuddur. Təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Cinpin Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdı. Bu, hər iki dövlət başçısının, eləcə də ölkələrin dost münasibətində olduğunun göstəricisidir. Hər iki dövlət arasında iqtisadi münasibətlə yanaşı, siyasi münasibətlər də yüksək səviyyədədir. Azərbaycan və Çin həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycanla Çin Orta Dəhlizin yaradılmasında əməkdaşlıq edir və bu dəhlizin reallaşmasına öz töhfələrini verirlər.
İnformasiya texnologiyaları sahəsini təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar sahəsində də fəal əməkdaşlıq əlaqələrinin qurulması üçün böyük perspektivlər mövcuddur.
Yaxın zamanda Ələtdə istifadəyə veriləcək azad iqtisadi zonada Çin şirkətlərinin də fəaliyyət göstərmələrinə böyük ümidlər var. Azərbaycan “Bir kəmər bir yol” təşəbbüsünə ilk gündən fəal şəkildə qoşulan dövlətlərdən oldu. Ölkəmiz Xəzər dənizində ən böyük ticarət limanını inşa etdi. Azərbaycan Xəzərdə yüklərin daşınması üçün gəmiqayırma zavodu inşa etmişdir ki, bu da Şimal-Cənub marşrutu üzrə daşımaları daha da fəallaşdırdı. Azərbaycanda inşa edilən avtomagistral və istifadəyə verilən, eləcə də yeni inşa ediləcək Beynəlxalq Hava Limanları Şimal-Qərb marşrut xətləri ilə yükdaşımalara böyük fayda verəcək.
Azərbaycan Çinlə yaşıl enerji sahəsində də əməkdaşlıq etmək niyyətindədir. Bu sahədə Azərbaycanın böyük potensialı var, Çin isə bu sahədə yüksək texnoloji nailiyyətlər qazanıb.
Bu gün böyük dövlətlərin liderləri Azərbaycanı özlərinə dost və tərəfdaş ölkə hesab edirlər. Siyasi liderlər vurğulayırlar ki, Azərbaycan Prezidenti İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirir. Azərbaycan vətəndaşları da öz Prezidentinə inanır və cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən xalqına verdiyi bütün vədləri yerinə yetirib.
Elə dövlət başçıları var ki, onların ambisiyaları, yürütdükləri qeyri-səmimi və yanlış siyasətləri nəticəsində xalqları müharibələrdən, iqtisadi böhrandan əziyyət çəkirlər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, bütün dünya ölkələri liderlərinin hörmət və rəğbət bəslədiyi İlham Əliyev kimi bir lideri var.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir