21 yanvar 2023 20:20
626

Ermənistan Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyib

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress”ə müsahibəsi zamanı “Dağlıq Qarabağ hakimiyyəti” kimi ifadələr səsləndirməsi, bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Praqa və Soçi razılaşmalarına zidd olaraq Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir”.

“İki sahil” xəbər verir ki, bunu Ararat Mirzoyanın fikirlərinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Nazirlik sözçüsü qeyd edib ki, bununla yanaşı, Azərbaycanın suveren ərazisi olan Laçın yolunun fəaliyyətinə müdaxilə etməsi Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətini hələ də unutmadığının göstəricisidir: “Halbuki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanındığını dəfələrlə bəyan edib”.