Laçın yolu ətrafında yaranmış vəziyyətə dair bir sıra əsassız iddialara cavab olaraq bir daha xatırladırıq ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
“İki sahil” xəbər verir ki, bunu Ararat Mirzoyanın fikirlərinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Nazirlik sözçüsü qeyd edib ki, təhlükəsizlik zəmanəti həmçinin Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir: “Ermənistanın, Laçın yolundan sui-istifadənin qarşısını almaq əvəzinə, üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə yeni istehsal edilmiş minaları Azərbaycana gətirməsi, Ermənistanın rəhbər şəxsləri tərəfindən də təsdiq edildiyi kimi Azərbaycan ərazisindən hələ də çıxarılmayan erməni qüvvələrinin təchizatını və rotasiyasını davam etdirməsi, Azərbaycan ərazisində qanunsuz çıxarılan təbii sərvətlərin Ermənistana nəqlini təşkil etməsi faktları bir daha sübut edir ki, Ermənistan öhdəliklərinin icrasında maraqlı deyil, Azərbaycana qarşı işğalçılıq siyasətini və beynəlxalq hüquqa zidd əməllərini hələ də davam etdirir. Əvvəl Laçın yolunun bağlı olduğunu, erməni sakinlərin humanitar dəstək almadığını iddia edən nazirin, sonradan Laçın yolundan istifadə etməklə Ermənistandan qayıdan yeniyetmə uşaqların görüntülərinin kameraya çəkilməsinin qarşı tərəfə hədə-qorxu əməli kimi qiymətləndirməsi ümumiyyətlə qeyri-sağlam təxəyyülünün məhsuludur. Azərbaycan tərəfinə dəstək və yardım üçün müraciət edən erməni sakinlərlə necə müsbət rəftar edildiyi Ermənistan tərəfinə yaxşı məlumdur”.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir