21 yanvar 2023 20:55
683

Ermənistan Üçtərəfli bəyanatla öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir

“Azərbaycan tərəfi məhz Üçtərəfli müddəanın 9-cu bəndinə uyğun olaraq, “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılmasını” tələb edir. Ermənistan Üçtərəfli bəyanatla öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə və dolayısı yolla bütün maneələrin aradan qaldırılmasına razılıq verib və bu öhdəliyinə əməl etməlidir. 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlayan, bununla özünü bütün nəqliyyat layihələrindən təcrid edən Ermənistanın guya Şərq-Qərb, Cənub-Şimal nəqliyyat yollarını təşviq etdiyi iddiası isə yalnız təəccüb doğurur”.

“İki sahil” xəbər verir ki, bunu Ararat Mirzoyanın fikirlərinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Nazirlik sözçüsü qeyd edib ki, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan xarici işlər nazirinə bir daha xatırladırıq ki, sadalanan destruktiv fəaliyyət və bəyanatlar bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə, Ermənistanın əleyhinədir”.