23 yanvar 2023 10:59
1399

Toivo Klaarın Azərbaycana səfəri gözlənilir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın yaxın gələcəkdə Azərbaycana səfəri gözlənilir.

“İki sahil” xəbər verir ki,  bu barədə Toivo Klaarın ofisindən bildirilib.

Qeyd olunub ki Aİ-nin xüsusi nümayəndəsi müntəzəm keçirilən yüksək səviyyəli məsləhətləşmələr üçün Ermənistanda səfərdədir.

“Xüsusi nümayəndə cənab Toivo Klaarın yaxın gələcəkdə Bakıya səfər gözlənilir, lakin səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib”, - qeyd olunub.