Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu 59-cu məhəllə adlanan əraziyə qaz xəttinin çəkilməsi münasibətilə SOCAR-ın “Azəriqaz” İB-nin sədri Ruslan Əliyevə və rəhbərlik etdiyi kollektivə təşəkkürünü bildirib.
“İki sahil” xəbər verir ki, bir müddət bundan öncə 59-cu məhəllə adlanan ərazidə seçiciləri ilə görüşü zamanı sakinlər ərazidə qaz xəttinin olmaması ilə bağlı millət vəkilinə müraciət ediblər.
Məsələnin həlli ilə əlaqədar Anar Məmmədov SOCAR-ın “Azəriqaz” İB-yə sorğu göndərib.