12 iyul 2026 10:22
97

İyulun 12-si saat 9:00-a olan faktiki hava açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin iyulun 12-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az yağış yağıb.

“İki sahil” xəbər verir ki, düşən yağıntının miqdarı: Balakən, Qrız, Qusar (Laza), Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Şahdağ, Şahbuz, Qusar, Daşkəsəndə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal qərb küləyinin maksimal sürəti 17 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27 dərəcəyədək isti müşahidə olunub.