24 yanvar 2023 12:35
518

Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində Bakıda bir sıra mərkəzlər fəaliyyətə başlayacaq

Xəbər verdiyimiz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik rəsmi olaraq Azərbaycana təhvil verilib.

“İki sahil” Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.