Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.
Burada ən əsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə ölkəmizin bütün respublika üzrə “Böyük İpək yolu” və Şimal-Cənub magistral yolları üzərində yerləşməsi onun nəqliyyatının yüksək inkişafına şərait yaradır.
Ən ucuz nəqliyyat növü olan dəniz nəqliyyatı əsasən yük və qismən sərnişin daşınmasında istifadə olunur. Xəzər dənizinin çox böyük nəqliyyat əhəmiyyəti vardır. Xəzər dənizində ən böyük liman 1902-ci ildə istifadəyə verilən Bakı Dəniz Ticarət Limanı olmuşdur.
Azərbaycan dövləti müasir dövrdə də öz ərazisində müasir nəqliyyat infrastrukturu yaratmağa nail olmuşdur. Buna sübut olaraq Dəniz Ticarət Limanını xüsusilə qeyd etmək lazımdır. Dəniz nəqliyyatı Xəzər hövzəsi ölkələrlə qarşılıqlı əlaqə saxlanmasında və onlarda çıxarılan neftin Azərbaycandan keçməklə dünya bazarına çıxarılmasında mühüm əhəmiyyət kəsb edir. Rusiyanın şərq rayonlarından və Mərkəzi Asiya ölkələrindən Azərbaycana gələn ən qısa yol məhz Xəzər dənizindən keçir. Bakı Dəniz Ticarət Limanı təkcə respublikada yox, həm də Xəzər dənizində ən böyük və standartlara cavab verən limandır. Bu limanın yükdaşıma dövriyyəsinin artırılması nəqliyyat infrastrukturunun təkmilləşdiriməsinə və Azərbaycanın tranzit imkanlarının artırılmasına diqqətinin təzahürüdür.
Ötən ilin sentyabr ayının16-da Səmərqənddə keçirilən Şanxay əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərkən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bu regiondakı dövlətlər arasında əhəmiyyətli regional kommunikasiya layihələrinin həyata keçməsinə böyük təsir göstərdiyini bildirmişdir.Bundan başqa Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yükdadaşıma qabiliyyətinə malik olduğu halda, bunu 25 milyon tona qədər artırıla bilər, öz çıxışında cənab prezident bildirmişdir.
Prezident cənab İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında nitqində bildirib ki, “Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Əslində, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır”. Beləliklə Azərbaycanın Orta Dəhliz vasitəsilə gələn yükləri daşımaq imkanları daha da genişlənəcək. Eyni zamanda, bütün region dövlətləri yeni fürsətlər qazanadıracaq.
Azərbaycan özünün qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.
Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən transmilli layihələr özünü doğruldur və öz nəticəsini verir. Dövlət başçımız Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da gücləndirilməsi istiqamətində daima çalışır və çox mühüm addımlar atır. Nəqliyyat yolları bu istiqamətdə mühüm rol oynayır. Sərnişin və yükdaşımaları üçün müasir infrastrukturun yaradılması, faydalı əməkdaşlığın inkişafı cənab prezidentin daima diqqətindədir.
Arif Cəlilov,
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (QSC) İstehsalat Xidmətləri İdarəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı, “DƏNİZÇİLƏR” ərazi partiya təşkilatının sədri