24 yanvar 2023 14:17
430

Səfir “Financial Times”da Vardanyanın normallaşma prosesinə mənfi təsirindən bəhs edib

Nüfuzlu “Financial Times” qəzetində Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun məktubu dərc olunub.

“İki sahil” xəbər verir ki, yazıda Ruben Vardanyanın Azərbaycan Ermənistan normallaşma prosesinə mənfi təsirindən bəhs edilib.

NATO Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yayıb

Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü ilə görüşüb

Ceyhun Bayramov: Azərbaycanın Qarabağdakı ermənilərlə təmasları olub

Eyni zamanda, Azərbaycan cəmiyyətinin Qarabağ ətraf mühiti ilə əlaqədar yaranan ekoloji vəziyyətə dair haqlı narahatlığını nəzər almaq tövsiyə edilib.

Səfir bildirib ki, hələ 1988-ci ildə Şuşa yaxınlığında Topxana meşəsinin qırılmasına qarşı etirazlar Azərbaycan milli hərəkatında əhəmiyyətli faktor olub.

“Ümumiyyətlə, yüzlərlə avtomobilin Laçın yolundan istifadəsi göstərir ki, Azərbaycan tərəfindən mülki ermənilərə heç bir blokada qoyulmayıb. Eyni zamanda Xankəndidə yerləşən separatçılara sual verilməlidir ki, niyə onlar mülki ermənilərin bu yoldan istifadəsinin qarşısını alırlar”,- deyə səfir yazısında qeyd edib.

Sonda, səfir Qafqazda uzunmüddətli dayanıqlı sülhü təmin etmək üçün hərtərəfli razılaşma ilə irəliləməyin həm erməni, həm Azərbaycan xalqının maraqlarına xidmət edəcəyini bildirib.