24 yanvar 2023 15:04
527

MM-də “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq.

“İki sahil” xəbər verir ki, bu, Parlamentin Mədəniyyət komitəsinin 2023-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş İş planına daxil edilib.

Komitəyə Milli Məclisin Sosial qanunvericilik şöbəsi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsini sessiya müddətində hazırlamaq tapşırılıb.