24 yanvar 2023 19:00
525

Yuxusuzluğa qarşı tədbir görülməsə...

Qeyd edək ki, dünyada  10 insandan 7-si yuxu pozulmasından əziyyət çəkir. Əsasəndə, sosial şəbəkələrin yaratdığı yuxusuzluq həm nevroloji, həm psixoloji aspektdən araşdırılmalıdır.

Demək olar ki, insanlar  sanki fiziki və psixoloji olaraq sosial şəbəkələrin əsirinə çevriliblər. Psixoloqlar bildirirlər ki, sosial şəbəkələr insanların rejimini pozaraq onlarda  yuxusuzluq yaradır. Sosial şəbəkələrdə aktivliyin ən pik vaxtı da məhz gecələr olur.  Bu da insanda  aqressivlik yaradır. Lakin yuxusuzluğun başqa ciddi səbəbləri də var.

Bunlardan biri  beyin damarlarının aterosklerozu və atrofiyasıdır. Bu hallarda  insan ayaqüstə yatır, yuxulu olur, amma yatağına girəndə yata bilmir.

Yaşlılarda yuxusuzluğun  digər səbəbi isə qaraciyər xəstəlikləridir.

Əlavə edək ki, mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni 7 il tez qocalır.

Yuxusuzluq insanı ruhi xəstəliyə aparan ən rahat və qısa yoldur. Buna görə də, yuxusuzluq sindromunu tez bir zamanda yox etmək lazımdır.

Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı, həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir.

Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. İnsulini normada saxlayan da məhz yuxudur.

Yuxusuzluq, həmçinin  astma xəstəliyinin yaranmasına da səbəb olur.

Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir. Yuxu pozulmasına qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər.

Samirə Tağıyeva, “İki sahil”