24 yanvar 2023 18:51
350

Kardioloq: Mavi qaz astma və onkoloji xəstəliklər yaradır

Qaz plitələri astma-bronxit xəstələri üçün təhlükəlidir.

“İki sahil” xəbər verir ki, kardioloq Yuliya Fokinanın yandırdığımız qazın zərərlərindən danışır.

Qaz yandırılan zaman azot dioksidi adlanan yanma məhsulları əmələ gəlir. Bu da tənəffüs yollarını qıcıqlandırır.

Ətrafa azot dioksidi nə qədər çox yayılırsa, o evdə və ya mühitdə olanların astma xəstəliyinə tutulma riski də bir o qədər çoxalır.

Xüsusən körpə uşaqlar risk altındadır.

Qaz yanma zamanı ayrılan heksan, benzol və toluol onkoloji xəstəliyin inkişaf riskini artıran üzvi birləşmələrdir