25 yanvar 2023 00:12
392

Abramoviçin Britaniyadakı şirkəti 1 funta satılıb

Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekommunikasiya qrupu iki avropalı sahibkara 1 funta (2 manat) satılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “The Financial Times” nəşri məlumat yayıb.

Şirkətin yeni sahibləri alman iş adamı Hakan Koç və onun biznes ortağı Pirros Kussios olub.