19 sentyabr 2026 08:21
100

Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatdan məlum olduğu kimi, ABŞ lideri sentyabrın 18-də "Rusiyaya qarşı sanksiyaların, rüsumların və qadağaların tətbiqini və genişləndirilməsini, həmçinin İrana qarşı qüvvədə olan sanksiyaların müddətinin uzadılmasını nəzərdə tutan" layihəni təsdiq edib.