25 yanvar 2023 08:09
198

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha 2 oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki,  günün ilk matçında lider "Qarabağ" "Turan Tovuz"un qonağı olacaq. 50 xalı olan Ağdam klubu turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 17 xalla 6-cıdır.

İki komanda indiyədək ölkə çempionatında 2 dəfə üz-üzə gəlib. Əvvəlki matçlarda "Qarabağ" qələbə qazanıb - 3:0, 2:0. "Turan Tovuz" həm xal qazanmayıb, həm də qol vurmayıb.

Günün son oyununda "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Hazırda "qartallar" 28 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi isə 12 xalla 9-cu pillədə qərarlaşıb.

Bunadək Premyer Liqada 29 dəfə qarşılaşan kollektivlərin duelində paytaxt təmsilçisi 15, Sumqayıtın eyniadlı komandası isə 6 dəfə qalib gəlib. 8 görüş bərabərliklə başa çatıb. Topların nisbətində də bakılıların üstünlüyü var - 37:21.

"Zirə" son 9 oyunda uduzmayıb. "Sumqayıt" isə son 8 görüşdə qol vurmayıb.

Azərbaycan Premyer Liqası, XIX tur

25 yanvar

14:00. "Turan Tovuz" - "Qarabağ"

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu, 14:00

16:30. "Zirə” - “Sumqayıt”

Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" evdə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura yanvarın 26-da keçiriləcək "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.