11 iyul 2026 08:08
95

Keniyalı atlet 1000 metr məsafəyə qaçış üzrə dünya rekordu vurub

Keniyalı atlet Emmanuel Vanyonyi Monakoda keçirilən Brilyant Liqasının yüngül atletika mərhələsi çərçivəsində 1000 metr məsafəyə qaçış üzrə dünya rekordunu yeniləyib.

“İki sahil” xəbər verir ki, 21 yaşlı idmançı məsafəni 2 dəqiqə 11,83 saniyəyə qət edib. Bununla Vanyonyi həmyerlisi Noy Ngeniyə məxsus və 27 il qüvvədə qalan əvvəlki dünya rekordunu 0,13 saniyə yaxşılaşdırıb.

Emmanuel Vanyonyi 800 metr məsafəyə qaçış üzrə Paris-2024 Olimpiya oyunlarının və 2025-ci il Dünya çempionatının qalibidir.

Qeyd edək ki, 1000 metr məsafəyə qaçış olimpiya növü hesab edilmir və yay dünya, eləcə də Avropa çempionatlarının rəsmi proqramına daxil edilmir.