“Rəqəmsal iqtisadiyyat ölkəmizin davamlı inkişaf strategiyasının əsas prioritetidir.”
İlham Əliyev,
Azərbacan Respublikasının Prezidenti
“5G”- yeni nəsl şəbəkə standartı beynəlxalq aləmdə nədən bu qədər qorxulu “ajiotaj“ yaratdı?
Məlum olduğu kimi dünya əhalisi “5G”- beşinci nəsl mobil rabitə antenalarının quraşdırılmasına qarşı vaxtaşırı çıxırldıar, hətta bu antenalardan bir neçəsi İngiltərədə aqressivliyə məruz qalaraq yandırılmışdır.
Bu gün “5G” əleyhinə neqativ hisslər bütün dünyada, o cümlədən ölkəmizdə də müşahidə olunur. Bir tərəfdən də dünyadakı dərin güclər tərəfindən COVID-19 virusuna yoluxdurmaların 5G ilə əlaqəli olduğuna inanlldığı iddia olunur. Digər tərəfdən də haqlı olaraq 5G tezlik spektrini satmaqla böyük gəlirlər əldə etməkdə israrlı görünən dövlət qrumları da bir an öncə bu standartı tətbiq etməyə açıq maraqlarını gizlətmirlər.
Məlumat üçün onu da qeyd etmək lazımdır ki, 5G standartı özündən əvvəlki (1G,2G,3G,4G) nəsillərin inkişafı ilə onların texnoloji baxımdan təkamülü - təbii davamıdır. 1G, 2G, 3G, 4G və 5G birdən başlayaraq beşə kimi mobil şəbəkə texnologiyaları mobil telefon operatorları tərəfindən texniki-tərəqqi yolu keçərək dünyada yeni gündəm yaratmışdır.
“5G” nə deməkdir?
Arayış üçün “G” hərfi İngiliscə “generation”, Azərbaycan dilində isə “nəsl” mənası daşıyır. Öncə qeyd edək ki, 1G və 2G standartlarına əsasən ilkin olaraq səs və mesaj (məlumat) verlişi və qəbulu ilə məhdud sayıda xidmətləri əhatə edirdi. Daha sonra isə 3G, 4G və 5G video və daha çox genişzolaqlı (“data”) multimedia məlumatlarının ötürülməsini - sürətli və dayanıqlı internet xidmətlərini əhatə edərək reallaşdıra bildi.
Çoxları yüksək tezlikli millimetr uzunluğunda elektromaqnit şüalanmalarını insan həyatı üçün təhlükəli hesab edirlər. Əslində isə gündəlik istifadə edilən qızdırıcı mikrodalğalı sobalarda belə “5G”yə nəzərən daha yüksək tezlikli elektromaqnit dalğalardan istifadə olunduğunu unutmamaq lazımdır.
“5G” yeni nəsl şəbəkələrdə yüksək tezlikdən istifadə etməklə ötürülən məlumatların həcmini artırmağa, baza stansiyalarının və antenaların əhəmiyyətli dərəcədə qabaritlərini azaltmağa imkan verir. Bu baza stansiyaları şəhər işıqlandırma dirəklərində, evlərin çardaklarında, magistral yollarda quraşdırılmış konsollarda və ya bunun üçün nəzərdə tutulmuş ayrıca dirəklərdə yerləşdirilə bilirlər.
“5G” standartı və ona olan tələblər və onun ideyası əhalisi daha sıx məskunlaşan Çində yaranmışdır. Belə ki, çox sayıda insanın “4G”dən istifadə edərək stadionlarda, qatar stansiyasıları, metro və şəhərin ən çox əhalinin gur məskunlaşdığı yerlərində eyni vaxtda sürətli İnternetdən istifadə etmək, video məlumatları yaymaq və izləmək vəs. əlaqələrində kəsintilərin və fasilələrin olması bu standartın tədbiqini qaçılmaz etmişdir. Ölkəmizdə də Avropa oyunları zamanı bu problemlər olmasın deyə oyun məkanlarında onlarla 3G və 4G mobil baza stansiyaları əvvəlcədən yerləşdirilmişdir.
Çində isə əhali sıx olduğundan bütün yaşayış məkanlarında 4G baza stansiyalarının sayını artırmaq iqtisadi cəhətdən əlverişli deyildi və bu problemi həll etmək üçün daha çox məlumatı yüksək sürətlə ötürən yeni bir standartı tələb edirdi.
Bunu həll etmək üçün, onlar bir baza stansiyasında daha çox rabitə kanalı yaratmaq üçün tezliyi artırdılar və beləliklə də “5G” texnologiyasında əvəliki nəsillərə nəzərən sürətin daha çox olması əsas üstün cəhət sayılmadı, əsas üstünlüyü rabitə kanalların çoxluğu və hər kvadrat kilometrə düşən istifadəçi sıxlığının texniki-iqtisadi səmərəlilik baxımından yüksək olması oldu. Tezlik artıqca baza stansiyaları arasında məsafə də əvvəlki nəsildəki 30-40 km’dən 200-300 metrə qədər azaldı və beləliklə 5G şəbəkə modelində daha çoxlu bir-birnə yaxın baza stansiyaları qurmaq tələb olundu.
5G və insan sağlamlığı
5G rəqəmsal iqtisadiyyatın inkişafı üçün ən mühüm yüksək texnoloji vasitə olmaqla bərabər bu texnologiyalar fokuslayıcı şüalanma mənbəyi kimi də insan orqanizminə mənfi təsirləri və bu təsirlərdən yaranacaq fəsadlar hələ tam öyrənilməyib. Ona görə bəzi alimlər və mütəxəssislər, o cümlədən 5G texnologiyası üzrə istehsalçı şirkətlərin rəqibləri bu texnologiyanın tətbiqi koronavirusun inkişafına şərait yaratmasını dövrəyə buraxaraq “qara piar” kompaniyaları aparırılrdı.
Odur ki, bir daha arayış üçün bildiririk ki, 5G standartı da daxil olmaqla mobil rabitədə millimetr uzunluğunda elektromaqnit şüalanmadan istifadə edilir. Rentqen və ya qamma radiasiyasından fərqli olaraq, millimetr uzunluğunda 5G elektromaqnit dalğaları maddəni ionlaşdırmağa, yəni onun kimyəvi tərkibini dəyişdirməyə, məhv etməyə kifayət qədər enerjiyə sahib olması da ayrıca xüsusi araşdırma mövzusudur.
Müxtəlif tezlikli radio dalğalarının insan orqanizmlərinə təsiri 1960-cı illərdən bəri hələ də tədqiq edilir və bütün dünyada qəbul edilən qaydalara əsasən ölkəyə qanuni şəkildə idxal olunan hər hansı bir telekommunikasiya avadanlığını bəyan etmək üçün istehsalçı ölkənin mənşə sertifikatı, sanitar və uyğunluq standartı tələblərinə əsasən həmin avadanlığın kütləvi istifadəsinə dair aidiyyatı dövlət qurumlarından xüsusi icazə alınır. Belə olan halda əhali tamamilə dövlət tənzimləməsinin daşıdığı məsuliyəti diqqətə almalıdır.
Bu günə kimi mobil rabitə, “WiMax”, “Wi-Fi”, “Bluetooth” və diğər radio rabitə vasitələrinin insan sağlamlığına zərəri barədə çox sayda ziddiyyətli məlumatlar vardır. “Ümumidünya Səhiyyə Təşkilatı” (ÜST) bu günə qədər yalnız termik qızmaya məruz qalma növünü tanıyır (məsələn, uzun müddət cib telefonunda danışanın qulağı istilikdən qızır) və onlar təhlükəli hesab edilmir.
“5G və koronavirusla bağlı qorxulara gəldikdə, insanlar bu texnologiyanın tətbiqi ilə eyni vaxtda yeni bir virusla qarşılaşdığından bu texnologiyaya dair öz şühbələrini gizlətmirlər. Amma, bu tezlik diapazonlarının əvvəlki nəsillərin diapazonundan daha zərərli olduğuna dair heç bir sübut da movcud deyildir. Hər hansı bir yeni texnologiya tarixən həmişə insanlarda narahatlıq yaratmışdır. Elə bu səbdən də 5G texnologiyasının tətbiqi dövründə pandemiya bəzi əhali qrupları arasında iğtişaşlar üçün katalizator rolunu oynadı. Ancaq narahatlıq üçün kifayət qədər sübutu olan əsl səbəblər hələ də bəlli deyildir.
5G-də elektromaqnit radiasiya, yayılan millimetr uzunluğunda elektromaqnit dalğaların COVID-19 viruslarlarının yayılması ilə əlaqəli orqanik molekullara təsiri dərindən tədqiq olunmalıdır. Digər tərəfdən də yer kürəsinin əhalisi artıqca qidaya olan təlabat artığından insanlar qida məhsullarını sünü yolla mövcud maddələrin molekulyar qurluşunu dəyişdirməklə əldə etmək imkanlarına sahib olmaq haqqında fəaliyyətləri bir tərəfdən insanların həyat fəaliyyəti üçün vacib mikrobioloji mühüti inkişaf etdirsə də, diğər tərəfdən o mühütə ciddi zərər vurduğu açıqca bildirilir. Xüsusi ilə geni dəyişilmiş qida məhsulların insan orqanizmlərinə zərərli təsiri inkişaf etmiş ölkələrdə daha çoxdur.
Son dövrlər internetdə 5G texnologiyasının istifadəsinə maratorium tələb edən geniş petisiyalar da yayılır. Amma, heç kim 5G simsiz texnologiyalarının tətbiqinə artan təlabatın, texniki-tərəqqinin qarşısını ala bilməz. Çünki, 5G dünyada keyfiyyətli internet sıxlığını təmin edən bir texnologiya olaraq internet vasitəsi ilə iş yeri, səyahət, ticarət, təhsil, bank əməliyyatları, xidmət, mədəni tədbirlər, o cümlədən teatr, kino, konsert, elm, dostluq, səhiyyə, internet əşya, yer kürəsinin hər millimetr kvadratına nəzarət və s. bəşəriyyətin həyatı fəaliyyətinin bütün sahələrini əhatə edir.
5G texnologiyasının tərəqqi yolu
Rəqəmsal iqtisadiyyatın yaratdığı imkanlarla bu gün inkişaf etmiş ölkələrdə müxtəlif sahələrdə çalışan əməkdaşların nəqliyyat vasitələrindən istifadə etmədən öz vaxtlarına qənaət edərək, internet vasitəsi ilə xidməti serverlərinə (Avtomatik idarəetmə sistemlərinə) məsafədən qoşularaq öz əmək fəaliyyətlərini həyata keçirə bilirlər. Vaxt dəyərə malik olduğundan işçi vaxta, həm də nəqliyyat xərclərinə qənaət etmiş olur. Bu iş üsulunda məsafədən internetlə idarə olunan istehsal və emal sahələrinə koronafobiya mühüti o qədər də ciddi mənfi təsir göstərə bilmir və bu sahələr öz iş ritmlərini qoruyub saxlaya bilirlər.
Həmçinin iş yerləri qloballaşaraq yerindən aslı olmayaraq hər bir İKT təlimi keçmiş mütəxəsis evindən internet vasitəsi ilə dünyanın istənilən ölkəsində işləmək imkanı əldə edir. Amma koronavirus şəraitində xidmət sahələri, turizm, nəqliyyat, kütləvi tədbirləri əhatə edən ictimai yığıncaq sarayları, kafe, restoran və s. isə tənəzüllə uğrayır. Odur ki, bu gün karonafobiya şəhər və kənd yşayış mühütündə müxtəlif formada yeni yaşam tərzi tələb edir. Bu səpgidə kənd təsərrüfat işləri açıq havada tarlada, biçənəkdə vəs. məkanlarda virus təhlükəsinə görə elə də ciddi rejim tələb etmir.
Hal-hazırda karonofobiya bəşəriyyəti real qlobal dünyadan qoparıb, virtual (internet) dünyasına, sivilizasiyanın yeni bir texnologiyası olan 5G-yə inteqrasiya etdirir. Karonafobiya mühütinin və təsir sürəsinin uzanması cəmiyyətdə yeni ictimai və sosial münasibətləri formalaşdırmış oldu. Burada, maşınla maşın -“M2M”, maşınla insan -“Mİ”, insanla maşın -“İM” münasibətləri inkişaf edərək insanlar arası birbaşa ünsiyyət münasibətlərini nəzərə çarpaçaq dərəcədə azaltdı. 5G-ni standartını texnoloji olaraq yalnız “daha sürətli internet” baxımından dəyərləndirmək texniki tərəfdən yalnış olardı. Bir öncəki 4G texnologiyasına nəzər yetirmiş olsaq görərik ki, normal istifadə üçün bu texnologiyanın təmin etdiyi internet sürəti kifayət qədər qənaətbəxş olub ekstra sürətlə elə də ehtiyac duyulmur.
O zaman bəs niyə məhz 5G?
5G texnologiyası yalnız sürətli internet olmayıb, o çoxlu sayda “ağıllı” (smart) xidmətləri özündə inteqrasiya edən və hər zaman insanların yanında olan ən müasir mobil infokommunikasiyaya aid bir texnologiyadır. Bu texnologiyanın əsas hədəfi İnsan-İnsan (P2P), Maşın-Maşın (M2M) və İnsan-Maşın (P2M) dialoqlarını (bağlantılarını) təmin etməkdir.
İnsan fəaliyyətinin bütün sahələrində və daha çox xidmət göstərməsi kimi hesablanan bu yeni texnologiya, nəticədə üç kateqoriyada qruplaşdırılır. Yəni bütün bu ağıllı elektron xidmət növlərini bu üç sahə əhatə edir.
Onlar hansılardır?
1. eMBB (Enhanced Mobile Broadband/Gəlişdirilmiş Mobil Genişzolaqlı);
2. uRLLC (Ultra Reliable Low Latency/Az Gecikmə ilə Ultra Etibarlı);
3. mMTC (Massive Machine Type Communication/Kütləvi Maşın tipli Komunikasiya);
Yuxarıda adları çəkilən hər bir xidmət kateqoriyasının oxşar və fərqli texniki tələbatları vardır. Bu xidmət sahələrini geniş şərh etmək üçün öncı birincidən başlayaq.
eMBB-in xidmət sahələri:
Əvvəlki mobil şəbəkə nəsillərinin ən böyük hədəfi olan yüksək sürətli internet bu kateqoriyaya aid edilir, yəni 4K, 8K UHD keyfiyyətli video, VR (Virtual Reallıq), AR (Genişzolaqlı qoşulma reallığı) kimi yüksək sürətli genişzolaqlı internet xidmətləri bu sahəinin tələbatını ödəyir.
uRLLC-in xidmət sahələri:
Sənayenin avtomatikləşdirilməsi, sürücüsüz nəqliyyat vasitələri, təhlükəsiz avtomobil idarə etmə, distand təhsil, distand iş, və məsafədən tibbi müdaxilə (telemedisina) və s.
mMTC-in xidmətləri:
Bu kateqoriya digərlərinə görə daha cəlbedicidir. Demək olar ki, bütün ağıllı əşyaların (maşınların M2M) bir-biri ilə dialoquna hesablanıb. mMTC həm də “İoT” olaraq da bilinir. Çünki, İoT bundan öncəki texnologiyalarda da daha az sayda olsa da mövcud idi.
“İoT”- un mənası “Əşyaların İnterneti” anlamına gəlir və ingilis dilində “İoT-Internet of Things” olaraq yazılır. Televizor, soyuducu, isitmə sistemi, yanğın sensoru, qaz sensoru, təhlükəsizlik kamerası, sayğacları və daha insanların istifadə etdiyi bütün növ hər cür əşyanı mMTC-in xidmət sahəsinə aid edə bilərik. Təbii ki, bunlar hal-hazırda evlərdə, məişətdə və gündəlik həyatımızda istifadə etdiyimiz bu günkü əşyalar kimi olmayacaq. Yeniləri ilə əvəz olunmalıdır. Hansılar ki, bunlar gələcəkdə “ağıllı cihaz”, “ağıllı əşya” adlandırılacaqlar. Bu əşyaların hər birində 5G şəbəkəsinə bağlantı üçün SIM karta bənzər mikriçip vasitəçi olacaq və ən maraqlı tərəfi də odur ki, bu əşyaların əksəriyyəti batareya ilə çalışacaq və enerji saxlama müddəti 10 ildən daha çox nəzərdə tutulacaqdır. Eyni zamanda sual yarana bilər ki, bəs şəbəkəyə qoşulan cihaz 10 il, necə enerji saxlaya bilər?
Bu cihazları və işləmə prinsipini mobil telefonlar kimi düşünülmür və onların serverə göndərəcəyi məlumat qərarlaşdırılmış zaman aralığında və çox kiçik paketlər şəkilində göndərilməsi nəzərdə tutulur. Biz əgər evimizdən, ofisimizdən, əkin sahəmizdən uzaq məkanlarda olsaq da onları mobil telefonlara quraşdırlmış uyğun proqramlarla izləmə imkanımız olacaqdır. Əkin sahasindəki torpağın şoranlığı, temperaturu, quruluq dərəcəsi, havası və s. göstəricilər nəzarət olunabiləcəkdir
Evimizdə isə su, qaz, işıq istifadəsinə nəzarət, o cümlədən qaz sızıntısı, enerji sərfiyyatı, təhlükəsizliyi vəs. həyata keçiriləcəkdir. Əlbəttə ki, bu qədər xidmətin ərsəyə gəlməsi üçün 5G texnologiyası bundan əvvəlki standartlarla müqayisədə çox inkişaf etdirilmiş olacaqdır.
Yuxarıda haqqında bəhs edərək sadaladığımız hər üç kateqoriya üzrə həyata keçirilən “ağıllı “ elektron xidmətlərin reallaşması üçün onların texniki parametrləri daha fərqli olacaqdır.
Həmçinin 5G-nin müstəqil işləməsi üçün, onun özünə məxsus öz standartları işlənib hazırlanmışdır. Onların texniki xüsusiyyətlərinə diqqət yetirsək görərik ki, masir antenna sistemlərindən istifadə olunaraq, bu siqnallar gücləndirilir və internetin sürəti artmış olurır. Eyni zamanda 3D standartlarında da bu texnologiya radio siqnalın hər tərəfə deyil bir başa istifadəçiyə fokuslanmasına imkan yaratmış olur.
Burada radio və maqistral şəbəkələr virtuallaşdırılır. Misal üçün, yeni bir avadanlıq artırmaq lazım olduqda onu fiziki əlavə etməyə ehtiyac olmayacaqdır. Sadəcə elektron proqram vasitələri ilə artırıla biləcəkdir. Bu da öz növbəsində həm vaxt, həm də maliyyə resurslarının xeyli qənaətinə səbəb olacaq, həmçinin Small Cell (Kiçik Baza stansiyaları) sayı artaraq antenalar arası məsafə xeyli kiçiləcək, maksimum 200-300 metrə çatacaqdır.
Beləliklə 5G əhatə zonasında milimetr dalağa uzunluğunda fokuslayıcı şüa mənbələrin sıxlığı yüz dəfələrlə yüksələcəkdir. Bunun əsas səbəbi millimetr uzunluğunda dalğalardan maneələrin aşıla bilinməməsidir. Radio ötürücüdə məlumatın göndərilmə tezliyi 1ms (milli saniyə) olaraq hədəflənib.
Yuxarıda saydığımız hər bir xidmət kateqoriya üçün ayrıca fiziki şəbəkə qurulmayacaq və bir fiziki şəbəkə üzərində hər xidmət qrupu üzrə virtual şəbəkələr yaradılmış olacaqdır. Burada hədəf olaraq data qəbuletmə sürəti 20 GBit/s, data verliş sürəti isə 10 GBit/s olmaqla bir kvadrat kilometr ərazidə bir milyondan çox cihazın bağlantısı təmin edilmiş olacaqdır. Şəbəkə tutumunun həcmi 1000 dəfədən çox artırılmaq imkanı qazanacaq və hər bir istifadəçinin orta data qəbulu sürəti 100 Mbit/s, data verliş sürəti 50 Mbit/s olacadır.
Bununla da yuxarıda sadaladığımız amillərdən də göründüyü kimi, 5G sadəcə yüksək internet sürəti təmin etməyib, genişzolaqlı qlobal internet şəbəkə sistemində kommunikasiya əlaqələrinin çox geniş parametrlərini də əhatə etmiş olacaqdır. Hal-hazırda dünyada bu texnologiyaların geniş tətbiqi planlaşdırılır və 5G ən yüksək tezliklərdə (millimetr) elektromaqnit dalğaları ilə yayımlanan radiotelefon rabitə sistemi olduğundan bu istifadəçi ilə elektromaqnit dalğa mənbəyi olan antenalar arasında yaxın təması da intesivləşdirmiş olur.
Son dövrlərdə mobil telefon və mobil antenaların elektromaqnit şüalanmasının insan orqaniziminə olan təsirlərini tədqiq edən qrumlar mobil telefonlardan çox istifadə etməməyi və Mobil Telefon antenası ilə yaxın təmasdan çəkinilməsi tövsiyyə edilir. Amma, fakt ondadır ki, hər 200 metr məsafədə yerləşən 5G mobil antenalardan uzaqda dayanılması da ağılabatan görünmür…
5G tezlik zolağının qiymətlədiriməsi…
Ölkəmizdə 5G tezik zolağı və onun qiymətləndirilməsi ayrıca müzakirə mövzusudur. Ölkəmizdə hər üç mobil operator üçün 5G-nin qiyməti aidiyyəti qurum tərəfindən ayrıca baxılır və necə hesablandığına dair növbəti yazılarımızda bu mövzuya təfsilatı ilə qayıdılacaq (müəllif)…
Rusiya Federasiyasında isə 5G’nin bütün perspektivlər üçün tezlik spektrinin illik ödənişi 112,4 milyard rubl təşkil etmişdir. (Bu rəqəm açıq mənbələrdən götürülmüşdür).
Burada tezlik zolağının qiymətləndirilməsi onun spektrinin birbaşa genişliyindən asılıdır və bu sahə üzrə mütəxəssislərin bildiyi məsələdir.
Həmçinin 5G şəbəkələrinə əvvəlki nəsl şəbəkələrindən daha geniş tezlik spektri tələb olunmur. Bu, fizikadan bildiyimiz kimi kanal nə qədər geniş olsa, fərdi bir abunəçinin sürəti və bütün şəbəkənin ümumi tutumu daha yüksək olacaq və 5G standartında avadanlıq eyni vaxtda daha geniş “paket” üzərindən məlumat vahidini çox sayda abunəçiyə ötürəbilmə imkanına sahibdir. Əgər, 4G üçün onun zolağın eni 20 MHz təşkil edirsə, 5G şəbəkələrində bu göstərici 40-31 MHz diapazonunda 3.4-3.8 GHz, 25-29 GHz - təqribən 400 MHz və daha da yüksəkdir. Yəni, bu aspektdən 5G’nin istifadə etdiyi tezlik zolağı 4G’yə nəzərən 20 dəfə çox olduğundan qiyməti də uyğun olaraq artıq olmalıdır. Lakin, dünyanın bir çox ölkələrində qiymətlərin hesablanması metodologiyasına, bu sahədə aparıcı mütəxəssislər tərəfindən azalma əmsallarının tətbiq edilməsi təklif edilir.
Beləliklə, tezlik spektrindən istidadədə həyata keçirilən dövlət siyasəti taariflərə yenidən baxılmasına, onun rasionallaşdırılmasına, o cümlədən mülki məqsədlərlə effektiv istifadəsinə və bütövlükdə ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına yönəldilməlidir. Əksi təqdirdə ekspertlərə görə bu sferada hökm sürən qeyri sağlam rəqabət mühiti, azad sahibkarlığın boğulmasını və onların total inkişafını geriyə çəkmiş olacaqdır…
P.S. Radiotezliklər üzrə qəbul olunmuş aktual olan yeni tariflərin, o cümlədən radiotezliklərin bölüşdürülməsi prinsipləri və Radio Tezliklər üzrə Dövlət Komissiyasının fəaliyyətinə dair geniş ekspert şərhi ayrıca müzakirə mövzusudur və bir daha peşəkar mütəxəssislərin diqqətinə çatdırılacaqdır…
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert