27 yanvar 2023 19:05
355

Estoniya XİN rəhbəri Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.

“İki sahil” xəbər verir ki,  bununla bağlı Estoniya XİN başçısı "Twitter"də bildirib.

“Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirəm", - Reinsalu qeyd edib.