27 yanvar 2023 19:30
383

Finlandiya səfirliyi: Azərbaycanın İrandakı səfirliyinə terror hücumu dəhşətli faciədir

İnsan həyatına qarşı bütün zorakılıqlar pislənilməlidir.

“İki sahil” xəbər verir ki,  Finlandiyanın Cənubi Qafqaz üzrə səfirliyinin Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı “Twitter“ paylaşımında belə qeyd olunub. Paylaşımda Azərbaycanın Tehrandakı səfirliyinə hücumun dəhşətli faciə olduğu qeyd edilib.

“Həlak olanın ailəsinə dərin hüznlə başsağlığı veririk və bütün yaralılara tezliklə sağalmalarını diləyirik”, - deyə paylaşımda bildirilib.