27 yanvar 2023 20:56
427

BMT Baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib

BMT Baş katibi Antoniu Quterreş Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib.

“İki sahil” xəbər verir ki,  bunu BMT-nin sözçüsü Stefan Düjarrik deyib.

“İlk növbədə öldürülən hərbçinin ailəsinə və Azərbaycan xalqına başsağlığı veririk. Biz İran hakimiyyətinin dərhal araşdırma apardığını və bu istiqamətdə sürətlə hərəkət etdiyini görməkdən şadıq. Bildirmək istərdik ki, diplomatik missiyaya hücum həm də beynəlxalq hüququn açıq-aydın pozulmasıdır”, - sözçü əlavə edib.