27 yanvar 2023 22:09
317

Rumıniya XİN Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan təəssüf hissi keçirir

Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan dərin təəssüf hissi keçirir və bu hərəkəti qəti şəkildə pisləyir.

“İki sahil” xəbər verir ki,  bu barədə Rumıniya XİN “Twitter“ hesabında paylaşım edib.

Qeyd olunub ki, bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməlidir:

“Azərbaycana başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”.