28 yanvar 2023 08:05
263

Moldova mətbuatı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu geniş işıqlandırıb

Moldovanın nüfuzlu kütləvi informasiya vasitələri yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı məlumatlara geniş yer ayırıb.

“İki sahil” xəbər verir ki, “Noi”, “Point”, “Timpul”, “10TV” və digər mətbu orqanlarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin hadisə ilə bağlı tviterdəki paylaşımı, Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatları yer alıb. Rumın və rus dillərində dərc olunan məqalələrdə hadisə ilə bağlı səfirliyin müşahidə kameralarının videogörüntüləri də paylaşılıb. Silahlı hücum nəticəsində səfirliyin mühafizə əməkdaşlarından birinin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilib.