28 yanvar 2023 08:25
404

Ukrayna KİV-ləri Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı xəbərlərə geniş yer ayırıb

Ukraynanın nüfuzlu kütləvi informasiya vasitələri yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı məlumatlara geniş yer ayırıb.

“İki sahil” xəbər verir ki, “Ukrinform”, “UNİAN”, “Gordon”, “TCN”, “Korrespondent” və digər mətbu orqanlar Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatlarına istinad edərək xəbərlər yayıb, hadisə ilə bağlı səfirliyin müşahidə kameralarının videogörüntüləri paylaşılıb. S ilahlı hücum nəticəsində səfirliyin mühafizə əməkdaşlarından birinin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilib.

Məlumatlarda, həmçinin səfirlik əməkdaşlarının İrandan təxliyə edildiyi də vurğulanıb.