Bəhreyn Krallığı Azərbaycanın İrandakı Səfirliyini hədəf alan silahlı terror aktını kəskin şəkildə pisləyib
“İki sahil” xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Bəhreynin Xarici İşlər Nazirliyi dost Azərbaycan hökumətinə, xalqına və şəhid olanın şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyir.
Nazirlik Bəhreynin zorakılıq və terror aktlarını rədd edən mövqeyindən çıxış edərək, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və beynəlxalq pakt və normalara uyğun olaraq diplomatik korpusların toxunulmazlığına hörmət etməyə, onların şəxsi heyətinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Terrorçu Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək