Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Tvitter səhifəsində Azərbaycanın Tehrandakı səfirliyinə olunan hücumla bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, səfir özünün Twitter səhifəsində yazıb:
"Mən dünən Berndə Holokost Qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş mərasimdə iştirak etdim. Bu gün (27 yanvar) Azərbaycanın Tehrandakı səfirliyində və Qüdsdə Neve Yaakov rayonundakı sinaqoqda terror aktları baş verdi. Qınaq və başsağlığı yeganə cavab olmamalıdır", - o yazıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək