Fransa Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayır.
“İki sahil” xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyinin (XİN) yaydığı kommünikedə bildirilir.
Kommünikedə qeyd edilib ki, Fransa Tehranda Azərbaycan səfirliyinə bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən hücumu qınayır. Həlak olmuş əməkdaşın ailəsinə və yaxınlarına başsağlığı verir.
Bildirilib ki, səfirliyə və diplomatlara qarşı hücum qəbuledilməzdir.
İran hökumətini öz ərazilərində olan səfirlikləri və diplomatları qorumaq məsuliyyətini yerinə yetirməyə və bu hücumu aydınlaşdırmağa çağırılıb.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək