28 yanvar 2023 15:56
245

Misir ilə Azərbaycan arasında ticarət dövriyyəsi artırılacaq

Misir ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunub.

“İki sahil” xəbər verir ki, bunu Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.

Misir Prezidenti əlavə edib: “Əlbəttə ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür. Həmçinin Hökumətlərarası Müştərək Komissiyanın altıncı iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı və komissiyanın növbəti iclasının gündəliyinə salınacaq məsələləri müzakirə etdik. Misirdə əczaçılıq sahəsində əldə olunmuş nailiyyətləri vurğuladıq, mövcud infrastrukturdan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün hazır olduğumuzu bir daha bildirdik.