Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətlərində yaşayan azərbaycanlıları hiddətləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə icmaların bəyanatında bildirilib.
Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti Şəhər İctimai Təşkilatının yaydığı bəyanatda Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.
Diplomatik nümayəndəliklərə hücümun yolverilməz olduğu, insanlığa və diplomatik normalara zidd olan bu cinayətin dərhal araşdırılması və terrorçuların cəzalandırılması tələb edilib.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək