Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş silahlı hücum İsveç Krallığında yaşayan soydaşlarımızda hiddət doğurub.
Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, “Azərbaycan Naminə” Cəmiyyətinin, Stokholmdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Mərkəzinin, “Qobustan” İsveç Aydınlar Ocağının və “SAF” İsveç-Azərbaycan Mədəniyyət Mərkəzinin yaydıqları bəyanatlarda diplomatik missiyamızın təhlükəsizlik xidməti rəisinin qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktına görə dərin narahatlıq ifadə edilib.
Azərbaycan əsilli isveçlilər İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıblar.
İran İslam Respublikasının Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsini sərt şəkildə qınayan soydaşlarımız İsveçi və beynəlxalq ictimaiyyəti regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə ədalətli mövqe tutmağa çağırıblar.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək