Rusiyanın tanınmış jurnalisti, tərcüməçi və televiziya aparıcısı, TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, əməkdar jurnalist Mixail Qusman yaradıcı heyəti ilə birgə Naxçıvana gəlib.
“İki sahil” NUHÇIXAN-a istinadla xəbər verir ki, heyət Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş filmin çəkilişlərini aparır. Çəkilişlər əsasən Əlincəqalada, Ulu öndərin Naxçıvanda yaşadığı evinin önündə və şəhərin bir neçə ünvanında aparılıb. Mixail Qusman Naxçıvan televiziyasına müsahibə verib, Tehrandakı səfirliyimizə qarşı terror aktını Naxçıvandan kəskin pisləyib.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək