Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumun dünya ictimaiyyəti tərəfindən qınaqlarına Macarıstanın Azərbaycandakı səfirliyinin kollektivi də qoşulub.
“İki sahil” xəbər verir ki, diplomatik missiyanın sosial şəbəkə hesabında yerləşdirilən paylaşımda bu silahlı hücumu törədənlər qınanılır. Paylaşımda həlak olan azərbaycanlı həmkarın yaxınlarına başsağlığı, yaralananların tezliklə sağalması diləyi ifadə olunur.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək