28 yanvar 2023 22:06
651

Prezident: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir

Azərbaycanın Tehrandakı səfirliyinin digər mühafizə əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib.

“İki sahil” xəbər verir ki, bunu yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə telefon danışığı zamanı deyib.

Azərbaycan Prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prezident İsxak Hersoqa və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

İsrail Prezidenti başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir.