28 yanvar 2023 22:10
312

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları sabah təxliyə ediləcək

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin heyətinin və onların ailə üzvlərinin təxliyəsi sabah üçün nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki,  bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Təxliyə hava yolu ilə həyata keçiriləcək.