28 yanvar 2023 22:17
386

Hikmət Hacıyev və Ceyhun Bayramov Orxan Əsgərovun yas mərasimində iştirak edib FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərovun yas mərasimində iştirak edib.

“İki sahil” xəbər verir ki,  Hikmət Hacıyev və Ceyhun Bayramov mərhumun ailəsinə başsağlığı diləklərini çatdırıblar.

Qeyd edək ki, Ceyhun Bayramov və Hikmət Hacıyev bu gün Azərbaycanda rəsmi səfərdə olan Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirak etdiyi bir sıra tədbirlərdə olublar. Sabah isə hər iki rəsmi şəxs ezamiyyətdə olacağı üçün bu gün Orxan Əsgərovun ailəsinə baş çəkiblər. Ceyhun Bayramov və Hikmət Hacıyev şəhidin ailəsinə Prezident İlham Əliyevin başsağlığı mesajını çatdırıblar və bildiriblər ki, terror aktının araşdırılması birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir.