28 yanvar 2023 23:51
420

İtaliyanın İrandakı səfirliyi Azərbaycan səfirliyində baş verən terrora münasibət bildirib

İtaliyanın Tehrandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücuma münasibət bildirib.

“İki sahil” xəbər verir ki, İtaliyanın İrandakı səfirliyinin tviter hesabında bununla bağlı qeyd olunub: “Səfirliyin binasına və işçilərinə qarşı həyata keçirilən qəddar hücuma görə Azərbaycanın Tehrandakı səfirliyinə dərin hüznlə başsağlığı veririk”.