“Təəssüf ki, qonşu dövlətdən şəhid aldıq. Azərbaycan səfirliyi ilk dəfə şəhid aldı. Həm şəhid Orxan Əsgərov, həm də yaralananlar öz qanları bahasına terror aktının daha ağır nəticələr verməsinin qarşısını ala bildilər”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Onlar qəhrəmanlıq göstərdilər. Onlar Azərbaycan Respublikasının suverenliyi, müstəqilliy uğrunda canlarından keçdilər, xəsarət aldılar”, - X.Xələfov qeyd edib.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək