“Bizim müvafiq orqanlarımızda səfirlikdəki cinayətin baş verməsi ilə bağlı lazımi qədər tutarlı sübutlar var”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Bununla bağlı materiallar, məlumatlar var. Ona görə də biz İran tərəfindən bundan sonra da tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalı, layiqli cəzasını almalıdır”, - X.Xələfov bildirib.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək