Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğalini Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumatlandırıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, Milli Məclisin sədri bir neçə gün əvvəl – yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib və qeyd edib ki, bir çox ölkələr bu hadisəni kəskin şəkildə qınayıblar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək