Sosial şəbəkələrdə Bakıda heyvana qarşı şiddət göstərilməsi barədə görüntülər yayılıb.
“İki sahil” xəbər verir ki, hadisənin Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verdiyi bildirilir. Kimliyi məlum olmayan şəxsin əlindəki alətlə itə ağır zərbələr vurduğu görünür.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, həmin video ilə bağlı araşdırma aparılır: "Hazırda həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması işləri aparılır".
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində yeni şöbə yaradılacaq
Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir