Sessiyada çıxış edən Karbamid zavodunun direktoru Kutay Durna media nümayəndələrini salamlayaraq zavodun fəaliyyəti, istehsalat gücü, ixrac potensialı və gələcək planları barədə məlumat verib.
Karbamid zavodunun istehsalat direktoru Şöhrət Mirzəyev Dünya İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilən və “Rəqəmsal mayak” mükafatına layiq görülən SOCAR-ın Karbamid zavodunda həyata keçirilən rəqəmsal transformasiya layihəsi, istehsalat proseslərinin avtomatlaşdırılması, eləcə də müəssisədə tətbiq olunan innovativ həllər barədə təqdimatla çıxış edib.
Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Daha sonra gənc jurnalistlər üçün zavod ərazisinə sahə turu təşkil olunub.
Orxan Vahidoğlu, "İki sahil"
Media nümayəndələri SOCAR-ın emal-kimya sənayesi üzrə fəaliyyəti barədə məlumatlandırılıblar
SOCAR-ın prezidenti İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri ilə görüşüb