31 yanvar 2023 17:40
440

Britaniya XİN rəhbəri Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib

Böyük Britaniya parlamentində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.

Müzakirələr zamanı Britaniya xarici işlər naziri Ceyms Kleverli deputat Bob Bləkmənin sualını cavablandırıb. Ceyms Kleverli hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə başsağlığı verib.

O bildirib ki, bu yaxınlarda Böyük Britaniyanın İrandakı səfiri ilə səfirlik əməkdaşlarının təhlükəsizlik məsələsini müzakirə edib.