Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha 4 yük maşını Xankəndindən Laçına maneəsiz keçid edib.
“İki sahil” xəbər verir ki, səhər saatlarından indiyədək RSK-ya məxsus ümumilikdə 25 avtomobil aksiya keçirilən ərazidən keçid edib.