01 fevral 2023 12:18
361

Parlamentdə sənədsiz evlərdə yaşayanların qeydiyyat problemi qaldırılıb

“Bakıda sənədsiz evlərdə yaşayanlar polis şöbələrində qeydiyyatdan çıxarılır”.

“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Fazil Mustafa bildirib.

Fazil Mustafa deyib ki, bu insanlar da Azərbaycan vətəndaşlarıdır: “Onlar hara getməlidir? Bu vətəndaşlarımızı ölkə sərhədlərindən kənara çıxarmalıyıq? Bu problem həllini tapmalıdır”.