Milli Məclisin yenidən formalaşdırılan Hesablayıcı komissiyanın sədri məlum olub.
“İki sahil” xəbər verir ki, Hesablayıcı komissiyanın bu gün keçirilən iclasında Eldar Quliyev yenidən komissiyanın sədri seçilib.
Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Hesablayıcı komissiya yenidən formalaşdırılıb. Komissiyaya deputatlar. Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Sevinc Hüseynova, Eldar Quliyev, Sədaqət Vəliyeva və Mixail Zabelin daxildir.
Qeyd edək ki, Hesablayıcı komissiya əvvəl də eyni tərkibindən ibarət olub. Komissiyaya Eldar Quliyev sədrlik edib.
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir