23 oktyabr 2026 09:58
172

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

SOCAR baş sponsoru olduğu 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində xüsusi təqdimat zonası və öz stendi ilə təmsil olunur.

“İki sahil” xəbər verir ki,  sərgidə şirkətin dəstəyi ilə hazırlanmış nəşrlər, o cümlədən müxtəlif fəaliyyət istiqamətlərini əhatə edən kitab, jurnal və bukletlər nümayiş etdirilir, eləcə də SOCAR-ın həyata keçirdiyi sosial, mədəni və maarifləndirici layihələr barədə məlumatlar təqdim olunur.

SOCAR-ın təqdimat zonasında “.ART Zone” incəsənət platforması ilə birgə həyata keçirilən “SOCART” layihəsi çərçivəsində Azərbaycanın tanınmış rəssam və fotoqraflarının Neft Daşlarına həsr etdikləri rəsm və fotolardan ibarət sərgi də təşkil olunub. Burada ümumilikdə 24 rəsm əsəri və 40 foto sərgilənir.

SOCAR stendində enerji, iqtisadiyyat, idarəetmə, mühəndislik, kimya, biotexnologiya və digər istiqamətləri əhatə edən müxtəlif nəşrlər yer alıb. Təqdimat zonasında SOCAR-ın dəstəyi ilə hazırlanmış “Azərbaycan nefti - tarixə baxış” kitabının, eləcə də “Əməyin mühafizəsi və sağlamlığın əsasları” dərsliyinin təqdimatları olub. Həmçinin Bəhram Bağırzadənin iştirakı ilə “Qara qızılın sirri” kitabının imza günü keçirilib.