Milli Məclisin yenidən formalaşdırılan İntizam komissiyasının sədri məlum olub.
“İki sahil” xəbər verir ki, İntizam komissiyasının bu gün keçirilən iclasında Eldar İbrahimov yenidən komissiyanın sədri seçilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında” qərar layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:
1. Ağamalı Fəzail Rəhim oğlu,
2. Həsənov Nurlan Urfan oğlu,
3. Həsənova Afət Əbil qızı,
4. İbrahimqızı Məlahət İbrahim qızı,
5. İbrahimov Eldar Rza oğlu,
6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,
7. Məmmədov Hikmət Baba oğlu,
8. Məmmədov Məşhur Şahbaz oğlu,
9. Möhbalıyev Səttar Suliddin oğlu,
10. Musayev Madər Əliəsgər oğlu,
11. Səfərov Nizami Abdulla oğlu.
Qeyd edək ki, İntizam komissiyası bundan əvvəl də eyni tərkibdən ibarət olub. Komissiyaya Eldar İbrahimov sədrlik edib.
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir