01 fevral 2023 16:59
554

Rusiyanın əhalisi bir ildə nə qədər azalıb

Rusiyanın əhalisi bir ildə 556 min nəfər azalıb.

“İki sahil” xəbər verir ki, 2023-cü il yanvarın 1-nə Rusiya əhalisinin sayı 146,4 milyon nəfər təşkil edib.

“Rosstat”ın açıqladığı məlumata görə, 2023-cü il yanvarın 1-nə Rusiya əhalisinin sayı 146,424 min nəfər olaraq qiymətləndirilir. 2022-ci il yanvarın 1-nə ölkə əhalisinin sayı 146,980 min nəfər hesablanıb.

"Rosstat"dan bildirilib ki, son qiymətləndirmə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri üzrə rəsmi statistik məlumatlar nəzərə alınmadan aparılıb.

Ölkənin şəhər əhalisi 2023-cü il yanvarın 1-nə “Rosstat” tərəfindən 109,6 milyon nəfər, kənd əhalisi 36,8 milyon nəfər olaraq qiymətləndirilib.