25 may 2025 08:11
88

Almaniyanın Hərbi Dəniz Qüvvələri acınacaqlı vəziyyətlə üz-üzədir

Almaniyanın Hərbi Dəniz Qüvvələri (Dəniz Qüvvələri) üçün altı ədəd f126 sinif freqatın inşasının tamamlanması ən tez 2030-cu ilə qədər təxirə salınır.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın “Kieler Nachrichten” (KN) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Almaniyanın Hərbi Dəniq Qüvvələri ilk dörd freqatı 2020-ci ildə, daha ikisini isə 2024-cü ilin iyun ayında Niderlandın gəmiqayırma şirkəti “Damen Naval”dan cəmi 9 milyard avroya sifariş edib, gəmilərin birincisi 2028-ci ildə işə salınmalı idi.

"Hərbi Dəniz Qüvvələrini yeni fəlakət gözləyir: donanmanı döyüş gəmisi olaraq gücləndirməli olan altı yeni sinif 126 freqatın inşası təxirə salınacaq. Hazırda insayderlər 2030-cu il üçün tamamlanma tarixi üzərində işləyirlər ", - məqalədə deyilir.

Nəşr iddia edir ki, niderlandlı podratçı sifarişin azı 70 %-nin Alman Gəmiqayırma zavodlarında yerinə yetirilməli olduğu müqavilənin şərtlərindən narazıdır. Ancaq nə Almaniyanın Hərbi Dəniz Qüvvələrinin nümayəndələri, nə də gəmiqayırma şirkəti ortaya çıxan çətinlikləri açıq şəkildə şərh etməyə və yeni dəqiq tikinti bitmə tarixlərini adlandırmağa hazırdır.