01 fevral 2023 22:37
530

Yeni uçan avtomobilin ilk sınaqları keçirildi

Çinin "Geely" şirkəti AE200 X01 uçan avtomobilinin ilk sınaqlarını keçirib.

O, şəhərdaxili və şəhərlərarası uçuşlar üçün nəzərdə tutulmuş beş yerlik elektriklə işləyən şaquli qalxma və enmə avtomobilidir.

“İki sahil” xəbər verir ki, şirkət onu 2022-ci ilin avqustunda anons edib. Nəqliyyat vasitəsi "Geely"nin aviasiya bölməsi olan "Wofei Changkong Technology" tərəfindən hazırlanıb. Ötən ilin noyabrında model sertifikatlaşdırılıb. Modelin texniki xüsusiyyətləri açıqlanmır.

Bildirilir ki, uçan avtomobillə bağlı bütün işlərin 2024-cü ilə qədər başa çatdırılması planlaşdırılır.